Azərbaycan, Türkiyə, Gürcüstan və Qazaxıstan dördtərəfli bəyannamə imzalayıb

Gürcüstan, Azərbaycan, Türkiyə və Qazaxıstan “Trans-Xəzər
Şərq-Qərb dəhlizi” barədə dördtərəfli bəyannamə imzalayıb.

Trend bu barədə Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf
Nazirliyinə istinadən məlumat verir.

Qeyd olunur ki, sənəd Şərq-Qərb dəhlizinin vacibliyini
vurğulayır və dörd ölkənin beynəlxalq nəqliyyat sisteminə
inteqrasiya potensialını möhkəmləndirir.

Bəyannamədə, həmçinin, Avropa ilə Asiya arasında
rəqabətqabiliyyətli daşımaların təşviqində Bakı-Tbilisi-Qars dəmir
yolunun vacib rolu qeyd olunur və həmin dəmir yolunun buraxılış
gücünü artırılması üçün tikinti işlərinin başa çatmasının vacibliyi
vurğulanır.

Sənəddə həm də bu marşrut üzrə nəqliyyat əməliyyatlarının
keyfiyyətinin yüksəldilməsi məqsədilə infrastruktura
investisiyaların vacibliyi qeyd olunur.

(Tərcümə: Orxan Nəbiyev)