Azərbaycan “OPEC plus”un mayda hasilatı artırmaqla bağlı qərarını dəstəkləyib

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv
ölkələrin nazirlərinin 27-ci iclasında gündəlik neft hasilatının
mayda 432 min barrel artırılmasına Azərbaycan da razılıq verib.

Energetika Nazirliyindən AzerTimes-a verilən məlumata görə, artım
ötən ilin iyul ayında keçirilmiş 19-cu iclasda neft hasilatının
baza göstəricilərinə qismən dəyişiklik edilməsi barədə əldə edilmiş
razılaşmaya əsasən müəyyənləşdirilib.

Azərbaycan üzrə baza göstəricilərinə dəyişiklik olmadığından
ölkəmizdə gündəlik xam neft hasilatının 2022-ci ilin may ayında
daha 7 min barrel artırılaraq 688 min barrelə çatdırılması,
ixtisarla bağlı öhdəliyin isə 30 min barrel həcmində olması nəzərdə
tutulur.

Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 28-ci iclasının
5 may tarixində keçirilməsi razılaşdırılıb.

Teqlər: