Azərbaycan sualtı xətlərlə Avropaya “yaşıl enerji” ixrac edə bilər – Nazir

Qara dəniz sualtı elektrik xətti kimi yeni ötürücü xətlərlə biz
istehsal ediləcək “yaşıl enerji”ni Avropaya ixrac edə bilərik.

AzerTimes-ın məlumatına görə,
bunu energetika naziri Pərviz Şahbazov Almaniyanın federal
kanslerinin iqtisadi məsələlər üzrə müşaviri, dövlət katibi Jörg
Kukies ilə görüşdə deyib.

Nazir qeyd edib ki, Azərbaycan Xəzər dənizinin zəngin külək
enerjisi potensialının 7,2 GVt-nı 2036-cı ilədək reallaşdırmaq
niyyətindədir:

“Qara dəniz sualtı elektrik xətti kimi yeni ötürücü xətlərlə biz
istehsal ediləcək “yaşıl enerji”ni Avropaya ixrac edə bilərik. Eyni
zamanda hidrogen qarışığının ixracı da nəzərdən keçirilir ki,
bunların hər ikisi real imkanlardır”, – P.Şahbazov bildirib.

Teqlər: