Azərbaycan Skautlar Assosiasiyasının təmsilçisi MDU-da təlim keçib (FOTO)

2022-ci ilin 19 – 28 aprel tarixlərində Mingəçevir Dövlət
Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM)
təşkilatçılığı ilə Azərbaycan Skautlar Assosiasiyasının baş
müvəkkili Ülvi Məmmədov tərəfindən tələbələr üçün təlimlər
keçirilib.

Təlimlər gənclərdə liderlik və ünsiyyət bacarıqlarının inkişaf
etdirilməsi, sosial məsuliyyət hisslərinin gücləndirilməsi və
könüllülük fəaliyyətinin təşviqi məqsədi daşıyıb.

Ayrı-ayrı təlim günlərində Ü.Məmmədov “Liderlik və komanda
quruculuğu”, “Ünsiyyət bacarıqları”, “Azərbaycanda skaut olmaq” və
“Uşaq hüquqlarının təşviqi” mövzularında təqdimatlarla çıxış
edib.

Təlimlər iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, Ü.Məmmədov hazırda MDU-nun İqtisadiyyat və
idarəetmə fakültəsinin mühasibatlıq ixtisası üzrə ali təhsil alır.
O, bir çox ölkələrdə təşkil edilən təhsil, təcrübə və mübadilə
proqramlarında, eləcə də “Erasmus+” beynəlxalq mübadilə proqramında
iştirak edib. 2019-cu ildə Sloveniyanın Kraynska Gora şəhərində
Skaut və Bələdçilər Akademiyasından məzun olan Ülvi Məmmədov skaut
fəaliyyəti ilə məşğuldur. Azərbaycan Skautlar Assosiasiyasının baş
müvəkkili vəzifəsində çalışan Ülvi Məmmədov bir sıra yerli və
beynəlxalq layihələrin həyata keçirilməsinə rəhbərlik edib.

Teqlər: