Azərbaycan Rusiyanın 80-dən çox regionu ilə əməkdaşlıq edir – Nazir müavini

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Rusiya regionlarının biznes nümayəndələrinin Azərbaycana
səfərləri ikitərəfli ticari-iqtisadi münasibətlərin inkişafı üçün
çox vacibdir.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat
nazirinin müavini Niyazi Səfərov deyib.

Onun sözlərinə görə, Azərbaycanla Rusiya arasında siyasi və
ticari-iqtisadi münasibətlərin inkişafında ölkə prezidentləri
aparıcı rol oynayır.

“Prezidentlər arasında dostluq və ali səviyyədə qəbul edilən
qərarlar ticari-iqtisadi münasibətlərin inkişafına ciddi təkan
verir. Koronavirus pandemiyasının iqtisadiyyatlara mənfi
təsirlərinə baxmayaraq, Rusiya və Azərbaycan stabil artım və bərpa
nümayiş etdirilib”, – deyə o bildirib.

O qeyd edib ki, 2021-ci ildə Azərbaycanın ticarət dövriyyəsi
2020-ci illə müqayisədə 12 faiz artıb.


“Həmin dövrdə ixrac 30 faizdən çox, idxal isə 6 faizə yaxın
artıb”, – nazir müavini bildirib.

N.Səfərov vurğulayıb ki, Azərbaycan Rusiyanın 80-dən çox regionu
ilə əməkdaşlıq edir.

“20-dən çox regionla ticari-iqtisadi istiqamət üzrə müxtəlif
sazişlər imzalanıb”, – deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)