Azərbaycan Qran Prisi üçün tikinti-quraşdırma işlərinə start verilib

Formula 1 Azərbaycan Qran Prisi artıq 6-cı dəfədir ki,
keçirilir. Yarış 10-12 iyun tarixlərində baş tutacaq. Bakı Şəhər
Halqası Əməliyyat Şirkəti Azərbaycan Qran Prisinə hazırlıq
çərçivəsində trekin əhatə etdiyi ərazilərdə tikinti-quraşdırma
işlərinə 15 aprel gecə saatlarından etibarən start verir.

Bunu AzerTimes-a müsahinəsində Formula 1 Azərbaycan Qran Prisinin
mətbuat katibi Turab Teymurov deyib.

“Yarış zamanı vətəndaşların və sürücülərin təhlükəsizliyini
təmin etmək məqsədi ilə istifadə olunan beton blokların
quraşdırılması gecə saatlarında həyata keçiriləcək.
Tikinti-quraşdırma işləri Xəqani küçəsi və Bülbül prospektinin
kəsişməsindən başlayır və bütün yarış trekini əhatə edəcək. Ötən
ildən fərqli olaraq, builki yarış tamaşaçıların iştirakı ilə
keçiriləcəyi üçün artıq Bulvar ərazisində tribunaların
quraşdırılmasına da başlanılır. Həmçinin, Paddok ərazisinin
infrastruktur-quraşdırma işlərinə də start verilir. Şəhərin qeyd
olunan hissələrində görüləcək olan işləri nəzərə alaraq,
vətəndaşlardan avtomobili idarə edərkən daha diqqətli olmaları
xahiş olunur.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti vətəndaşlara
tikinti-quraşdırma işləri zamanı göstərdikləri anlayışa görə
öncədən təşəkkür edir”, – deyə T.Teymurov əlavə edib.

Teqlər: