Azərbaycan-Qazaxıstan Ekspert Şurasının yaradılması regionda
hadisələrə düzgün reaksiya verə bilmək üçün lazımdır.
Trend-in məlumatına görə, bunu Beynəlxalq
Münasibətlərin Təhlili Mərkəzinin İdarə heyətinin sədri Fərid
Şəfiyev Azərbaycanla Qazaxıstan arasında diplomatik
münasibətlərinin qurulmasının 30 illiyi və Azərbaycan-Qazaxıstan
Ekspert Şurasının yaradılması ilə bağlı dəyirmi masa zamanı
deyib.
“Şuranın ekspertləri regionda baş verən hadisələrə düzgün
reaksiya nümayiş etdirməli olacaq. Baş verən son dəyişikliklər
dünyadakı hadisələrin təkcə iki ölkə arasında deyil, həm də
regionun bütün dövlətləri tərəfindən düzgün qiymətləndirilməsini
tələb edir. Bizim ekspert şurası mövcud reallıq və çağırışların
düzgün qiymətləndirilməsinə xidmət edəcək. Bundan başqa, ekspert
şurası çərçivəsində humanitar, siyasi, iqtisadi sahələrə aid
məsələlər müzakirə olunacaq. Şura həm dövlət strukturları, həm də
ümumiyyətlə cəmiyyət üçün faydalı olacaq”, – F.Şəfiyev deyib.
(Tərcümə: Orxan Nəbiyev)