Rəqəmsal xidmətlərə çıxış üçün regionlarda əhali internetlə təmin edilməlidir – Milli Əlaqələndirmə Şurası

Pandemiya dövründə ədliyyənin rəqəmsallaşdırılması vacibdir.
Amma bunun üçün yerli əhalinin internetə çıxış imkanlarını təmin
etmək lazımdır.

AzerTimes-ın məlumatına görə, bunu Dayanıqlı İnkişaf üzrə Milli
Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov “Dayanıqlı inkişaf
üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək”
mövzusunda keçirilən ictimai müzakirədə deyib.

O bildirib ki, 2022-ci ili əhatə edən tədbirlər planı təsdiq
edilib ki, burada 40-a yaxın müxtəlif tədbirlərin keçirilməsi
nəzərdə tutulub.

“Bu gün insanların 55 faizinin internetə çıxışı var, 45 faizin
isə müxtəlif səbəblərdən internetə çıxış imkanları məhduddur. Bunu
biz pandemiya dövründə daha aydın görə bildik. Artıq növbəti
onilliklərdə sosial bərabərsizlik deyil, rəqəmsal bərabərsizlik
problemlərindən danışmağa başlayacağıq. Ədliyyənin
rəqəmsallaşdırılması müsbət haldır. Amma rəqəmsal xidmətlərə çıxış
üçün yerlərdə əhalinin internetə çıxış imkanları təmin edilməlidir
ki, bu xidmətlərdən yararlana bilsinlər”,- H.Hüseynov bildirib.

Teqlər: