Azərbaycan Qarabağın bərpası üçün Macarıstan şirkətlərini fəal şəkildə cəlb edir – Səfir

Azərbaycan Qarabağın bərpası üçün Macarıstan şirkətlərini fəal
şəkildə cəlb edir.

Trend-in məlumatına görə, bunu Azərbaycanın
Macarıstandakı səfiri Tahir Tağızadə “Daily News Hungary” nəşrinə
müsahibəsində deyib.

O xatırladıb ki, fevralın əvvəlində Bakıda Azərbaycanla
Macarıstan arasında İqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın
8-ci iclası keçirilib.

“Həmçinin, 24 Macarıstan şirkətinin nümayəndəsi Macarıstanın
xarici işlər və ticarət naziri Peter Siyarto Macarıstan-Azərbaycan
biznes forumunda iştirak edib. Biz Qarabağın bərpası üçün
Macarıstan şirkətlərini fəal şəkildə cəlb etməklə məşğuluq”, –
səfir deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: