Azərbaycan pilotları beynəlxalq təlimdə tapşırıqları uğurla icra ediblər (FOTO/VİDEO)

Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anatolian
Phoenix-2022” beynəlxalq axtarış-xilasetmə təlimində qarşıya
qoyulan tapşırıqlar uğurla icra edilib.

Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, təlim
çərçivəsində tapşırıqların xəritə üzərində dəqiqləşdirilməsi və
hədəf hesabatı, paraşüt hazırlığı üzrə çalışmalar, helikopterlərlə
təlim uçuşları və senariyə uyğun olaraq qəza etmiş aviasiya
vasitəsi ekipajlarının axtarış-xilasetmə əməliyyatları yerinə
yetirilib.

Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Hərbi Hava
Qüvvələrinin (HHQ) komandanı general-leytenant Ramiz Tahirov
təlimin “Yüksək səviyyəli müşahidəçi günü”ndə iştirak edib.

Azərbaycan HHQ-nin hərbi qulluqçuları ilə görüşən nazir müavini
şəxsi heyətin peşəkarlıq səviyyəsini yüksək qiymətləndirib.

Teqlər: