Azərbaycan Ordusunun Baş Qərargah rəisi qazaxıstanlı nümayəndə heyəti ilə görüşüb (FOTO)

Mayın 12-də Azərbaycan Respublikasının müdafiə nazirinin birinci
müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik
Kərim Vəliyev ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikasının
Müdafiə Nazirliyinin Baş Kəşfiyyat Departamentinin rəisi
general-leytenant Serik İztleuovun rəhbərlik etdiyi nümayəndə
heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, qonaqları salamlayan general-polkovnik
K.Vəliyev iki dövlətinin orduları arasında hərbi əməkdaşlığın
möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı əlaqələrin
genişləndirilməsinin zəruriliyini vurğulayıb.

Azərbaycana səfərindən məmnunluğunu ifadə edən general-leytenant
S.İztleuov hərbi əməkdaşlıq sahəsində təcrübə mübadiləsinin mühüm
əhəmiyyət kəsb etdiyini bildirib.
Görüşdə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də maraq doğuran
digər məsələlər müzakirə edilib.

Teqlər: