Azərbaycan Ordusunda Beynəlxalq Qadınlar Günü münasibətilə silsilə tədbirlər keçirilib (FOTO/VİDEO)

Azərbaycan Ordusunda xidmət edən qadın hərbi qulluqçuların və
mülki işçilərin iştirakı ilə 8 Mart – Beynəlxalq Qadınlar Gününə
həsr olunan silsilə bayram tədbirləri keçirilib.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, tədbirlərdə əvvəlcə xalqımızın ümummilli
lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi
bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik
sükutla yad olunub və Dövlət himni səsləndirilib.

Sonra müdafiə naziri general-polkovnik Zakir Həsənovun bayram
münasibətilə təbriki tədbir iştirakçılarına çatdırılıb.

Çıxış edənlər Azərbaycan Ordusunun bütün qoşun növlərində,
xüsusi təyinatlı təhsil və hərbi tibb müəssisələrində, eləcə də
digər sahələrdə xidmət edən qadın hərbi qulluqçularımızın, həmçinin
mülki işlərdə çalışan qadınlarımızın əməyinin daim yüksək
qiymətləndirildiyini bildiriblər. Onlara gələcək xidmətlərində,
eləcə də şəxsi həyatlarında uğurlar və müvəffəqiyyətlər
arzulayıblar.

Keçirilən tədbirlərdə Həzi Aslanov adına Ordu İdeoloji və
Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət
Mərkəzinin, həmçinin tanınmış mədəniyyət və incəsənət
nümayəndələrinin, rayon mədəniyyət şöbələri kollektivlərinin
iştirakı ilə konsert proqramları təqdim olunub

Teqlər: