Xarkovda Rusiya qoşunlarının bombardmanı altında yaşayış massivlər və memarlıq dağıdılır – Ukraynanın xalq rəssamı (FOTO)

Xəbər - Vüqar İmanov – Trend:

Bu günədək Rusiya qoşunlarının Ukrayna şəhərlərinə endirdiyi
zərbələr nəticəsində qurbanlar arasında 15-ə yaxın Azərbaycan
vətəndaşı olub. Onlar arasında məşhur heykəltaraş, Ukraynanın xalq
rəssamı, Xarkovda Nizami Gəncəvi heykəlinin müəllifi Katib
Məmmədovun qohumu, tələbə Qoşqar Məmmədov da var.

Trend-in
müxbiri hazırda Xarkov dəmiryol vağzalında olan və gəncin tabutunu
Azərbaycana yola salmağa çalışan heykəltaraşla telefon əlaqəsi
yaradıb.

“Danışmaq çox çətindir. Vəziyyət çox pisdir, şəhər daim
bombardmana məruz qalır, evlər və yaşayış massivləri, memarlıq
nümunələri dağıdılır. İnsanlar təşviş içindədir, şəhərdən təxliyə
olunmağa çalışırlar, vağzal dolub, çox çətindir”, – deyə o
bildirib.


Qeyd edək ki, Qoşqar Məmmədov fevralın 27-də həlak olub.

Teqlər: