Azərbaycan neftinin qiyməti yenidən 120 dolları keçib

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə
Azərbaycanın yüngül neftinin qiyməti mayın 20-də 121,62
dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,63
dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə
bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül
neftinin qiyməti 120,56 dollar/barel təşkil edib ki, bu da əvvəlki
göstəricidən 2,63 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə
76,78 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,47
dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin
qiyməti 113,82 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən
2,48 dollar/barel çoxdur.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: