Xocavənddə xeyli sayda silah-sursat aşkarlandı

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan
azad edilmiş ərazilərdəki tərk edilmiş hərbi mövqelərdən
silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində
intensiv tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətindin Bərdə regional qrupundan AzerTimes-a
verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşlarının rayon
ərazisində keçirdiyi tədbirlərlə xeyli sayda silah-sursat aşkar
edilib.

Tapılan 8 avtomat, 5 qumbarataatan, 3 pulemyot, 1632 müxtəlif
çaplı patronlar və digər döyüş sursatları götürülərək aidiyyəti
üzrə təhvil verilib.

Teqlər: