Azərbaycan neftinin qiyməti 126 dollara çatır

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə
Azərbaycanın yüngül neftinin qiyməti mayın 30-da 126,8 dollar/barel
təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,89 dollar/barel
çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə
bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül
neftinin qiyməti 125,74 dollar/barel təşkil edib ki, bu da əvvəlki
göstəricidən 0,88 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə
83,96 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə
müqayisədə 1,97 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin
qiyməti 122,34 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən
2,67 dollar/barel çoxdur.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: