Azərbaycan neftinin qiyməti 119 dolları ötüb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə
Azərbaycanın yüngül neftinin qiyməti mayın 6-da 119,04 dollar/barel
təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,1 dollar/barel
çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə
bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül
neftinin qiyməti 117,82 dollar/barel təşkil edib ki, bu da əvvəlki
göstəricidən 2,11 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə
77,89 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,19
dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin
qiyməti 114,33 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən
1,82 dollar/barel çoxdur.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: