Azərbaycan neftinin qiyməti 117 dolları keçib

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə
Azərbaycanın yüngül neftinin qiyməti mayın 13-də 117,25
dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,27
dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə
bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül
neftinin qiyməti 116,08 dollar/barel təşkil edib ki, bu da əvvəlki
göstəricidən 3,29 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə
74,75 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,53
dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin
qiyməti 111,35 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən
2,65 dollar/barel çoxdur.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: