Azərbaycan nefti bahalaşmaqda davam edir

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə
Azərbaycanın yüngül neftinin qiyməti mayın 31-də 124,48
dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,68
dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə
bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül
neftinin qiyməti 126,42 dollar/barel təşkil edib ki, bu da əvvəlki
göstəricidən 0,68 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə
85,38 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə
müqayisədə 1,42 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin
qiyməti 124,38 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən
2,04 dollar/barel çoxdur.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: