Azərbaycan komandası aerobika gimnastikası üzrə dünya çempionatında qrup hərəkətlərdə finala çıxıb (FOTO)

Xəbər - Cani Babayeva – Trend:

Milli Gimnastika Arenasında keçirilən aerobika gimnastikası üzrə dünya çempionatında qrup hərəkətlərində finalçılar məlum olub.

Trend-in məlumatına görə, Vladimir Dolmatov, İmran İmranov, Balaxanım Əhmədova, Xoşqədəm Quliyeva və Nərminə Hüseynovadan ibarət Azərbaycan komandası finala çıxıb. Komanda 19.761 xal yığaraq yeddinci nəticə göstərib.

Finala, həmçinin Rumıniya (22.483 xal), Macarıstan (22.466 xal), Rusiya (21.800 xal), İtaliya (21.755 xal), Finlandiya (20.838 xal), Ukrayna (20.072 xal) və Portuqaliya (19.733 xal) komandaları yüksəlib.

Qeyd edək ki, aerobika gimnatikası üzrə 16-cı dünya çempionatı mayın 29-dək davam edəcək.

Yarışda 22 ölkədən 166 idmançı çıxış edir.

3 gün davam edəcək çempionatda gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans və aero step proqramlarında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək. Çempionatda hər bir kateqoriya üzrə təsnifat və final mərhələləri baş tutacaq.

Azərbaycanı yarışlarda Ayxan Əhmədli, Balaxanım Əhmədova, Vladimir Dolmatov, Xoşqədəm Quliyeva, Nərminə Hüseynova, Nigar İbrahimbəyli, İmran İmranov, Nurcan Cabbarlı, Akif Kərimli, Elçin Məmmədov və Mədinə Mustafayeva təmsil edir.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: