Aerobika gimnastikası üzrə dünya çempionatında komanda hesabında qaliblər mükafatlandırılıb

Xəbər - Cani Babayeva – Trend:

Bakı Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə dünya çempionatında komanda hesabında qaliblərin mükafatlandırma mərasimi keçirilib.

Trend-in məlumatına görə, birinci yeri Rusiya, ikinci yeri Rumıniya, üçüncü yeri isə Macarıstan komandası tutub.

Qeyd edək ki, aerobika gimnatikası üzrə 16-cı dünya çempionatı mayın 29-dək davam edəcək.

Yarışda 22 ölkədən 166 idmançı çıxış edir.

(Foto. Zaur Mystafayev. Tərcümə: Orxan Nəbiyev)

Teqlər: