“Azərbaycan Hava Yolları” aviaşirkəti 2022-ci ilin yay cədvəli
çərçivəsində Çexiyanın paytaxtı Praqa şəhərinə uçuşlar yerinə
yetirməyə başlayacaq.
“Azərbaycan Hava Yolları”nın mətbuat xidmətindən AzerTimes-a
bildirilib ki, Bakı-Praqa-Bakı marşrutu üzrə uçuşlar həftədə iki
dəfə – bazar ertəsi və cümə günləri aviadaşıyıcı tərəfindən həyata
keçiriləcək. İlk reys 17 iyun tarixində yerinə yetiriləcək.
AZAL aviaşirkətinin bu və digər reyslərinə aviabiletləri
aviaşirkətin www.azal.az rəsmi
saytında, həmçinin aviadaşıyıcının akkreditə olunmuş
agentliklərində rəsmiləşdirmək mümkün olacaq.
Sözügedən reyslərə yalnız qeyd olunan daşıma şərtlərinə cavab
verən və COVID-19 pandemiyası səbəbindən tətbiq edilən
məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər
kateqoriyası qəbul olunacaq.
Çexiyaya səfər etməyi planlaşdıran bütün sərnişinlərə uçuşdan
əvvəl bu ölkə ərazisinə giriş zamanı tətbiq olunan qayda və
məhdudiyyətlərlə tanış olmaları tövsiyə olunur. Müvafiq məlumat
aviaşirkətin saytında dərc olunmuşdur: https://www.azal.az/az/information/covid-czechia.
Azərbaycana giriş qaydaları haqqında məlumatla burada tanış
olmaq mümkündür: https://www.azal.az/ru/information/covid-azerbaijan.