Azərbaycan gimnastı İtaliyada qızıl medal qazanıb (FOTO)

İtaliyanın Rimini şəhərində keçirilən batut gimnastikası və
tamblinq üzrə 3-cü “Aere Trampoline Cup” beynəlxalq turnirində
yığma komandamızın üzvü Bilal Qurbanov 13-16 yaş qrupunda 48,500
xalla bütün rəqiblərini üstələyərək tamblinq üzrə qızıl medal
qazanıb.

Azərbaycan Gimnastika Federasiyasından AzerTimes-a verilən məlumata
görə, bu yaş qrupunda batut üzrə sinxron cütlüklər arasında
təsnifat mərhələsində Hüseyn Abbasov və Maqsud Mahsudov 1-ci, Nicat
Mirzəyev və Əli Niftəliyev 4-cü pillədə qərarlaşaraq finala
adlayıb. Fərdi proqramda təsnifat mərhələsində isə Maqsud Mahsudov
1-ci, Hüseyn Abbasov 5-ci, Nicat Mirzəyev 6-cı yeri tutaraq finala
vəsiqə əldə edib.

Teqlər: