2022-ci ilin yanvar-mart aylarında Azərbaycan əhalisinin
pullarını əsasən hansı məhsullara xərclədiyi məlum olub.
Dövlət Statistika Komitəsindən AzerTimes-a verilən məlumata görə, hesabat rübündə
istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin
56,5 faizi ərzaq məhsulları, içkilər və tütün m əmulatlarının, 15,2
faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,2 faizi
avtomobil benzini və dizel yanacağının, 4,7 faizi elektrik malları
və mebellərin, 2,4 faizi əczaçılıq məhsulları və tibbi
ləvazimatların, 1,1 faizi kompüterlər, telekommunikasiya
avadanlıqları və çap məhsullarının, 14,9 faizi isə digər
qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Qeyd olunan müddət ərzində pərakəndə ticarət şəbəkəsində
istehlakçılara 11,0 milyard manatlıq ərzaq və qeyri-ərzaq
məhsulları satılıb.