Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bölgədə sülhə böyük fürsət yaranıb – Ərdoğan

Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bölgədə
davamlı sülhə nail olmaq imkanları üçün böyük fürsət yaranıb.

AzerTimes-ın
məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
Türkiyədə akkreditasiya olunan səfirlər üçün təşkil olunan
“Səfirlər üçün ənənəvi iftar proqramı”ndakı çıxışında deyib.

Gündəlikdə olan qlobal problemlərdən bəhs edən dövlət başçısı
diqqətə çatdırıb ki, Türkiyə qonşu Ermənistanla normallaşma
prosesini səmimiyyətlə davam etdirir.

Prezident çıxışında Rusiya-Ukrayna münaqişəsinin və Suriya
böhranının həlli yollarına və digər aktual məsələlərə toxunaraq
qeyd edib ki, dünyada sülh, sabitlik və inkişafa nail olmaq yeganə
düzgün yoldur və Türkiyənin bu məsələlərdə mövqeyi dəyişməz
qalır.

Hakim Ədalət və İnkişaf Partiyasının Mərkəzi Qərargahında
keçirilən proqramda Azərbaycanı ölkəmizin Türkiyədəki səfiri Rəşad
Məmmədov təmsil edib.

Teqlər: