Azərbaycan əhalisi daha çox hansı məhsullar alır?

Azərbaycan əhalisinin pullarını əsasən hansı məhsullara
xərclədiyi məlum olub.

AzerTimes-ın
məlumatına görə, 2022-ci ilin yanvar-aprel aylarında alıcıların son
istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 51,5 faizi
ərzaq məhsullarının, 5,6 faizi içkilər və tütün məmulatlarının,
13,3 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,9 faizi
avtomobil benzini və dizel yanacağının, 4,6 faizi elektrik malları
və mebellərin, 2,4 faizi əczaçılıq məhsulları və tibbi
ləvazimatların, 1,2 faizi kompüterlər, telekommunikasiya
avadanlıqları və çap məhsullarının, 15,5 faizi isə digər
qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Ümumilikdə qeyd olunan müddət ərzində pərakəndə ticarət
şəbəkəsində istehlakçılara 13,9 milyard manatlıq, o cümlədən 7,9
milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları,
6,0 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Teqlər: