Azərbaycan bazarında Hindistan çayının payını artırmaq üçün yeni imkanlar yarada bilərik – Səfir

Xəbər - Maryana Əhmədova – Trend:

Azərbaycan bazarında Hindistan çayının payı cəmi beş faiz təşkil
edir.

Trend-in məlumatına görə, bunu Hindistanın
Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna Azərbaycan-Hindistan
işgüzar görüşü zamanı deyib.

Səfir xatırladıb ki, Hindistan dünyada ən iri çay
ixracatçılarından biridir. Onun sözlərinə görə, ölkə ildə 800
milyon dollar məbləğində çay ixrac edir.

“Azərbaycan bazarında Hindistan çayının payı cəmi beş faiz
təşkil edir. Bu, onunla əlaqədardır ki, Şri-Lanka, Rusiya və digər
ölkələr mövqe və nəqliyyat əlaqələri baxımından daha əlverişli
vəziyyətdədir. İnanırıq ki, Hindistan çayının Azərbaycanda təşviqi
üçün yeni imkanlar yarada biləcəyik”, – deyə səfir bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: