Azərbaycan Avropanın enerji təhlükəsizliyinin stabilləşməsində həlledici rol oynayır – Bayden

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin stabilləşməsində
həlledici rol oynayır.

Trend-in məlumatına görə, bu barədə ABŞ
prezidenti Co Baydenin Bakı Enerji Həftəsinin açılış mərasimində
ABŞ dövlət katibi müavininin enerji diplomatiyası üzrə müşaviri
Laura Loxman tərəfindən səsləndirilən məktubunda deyilir.

“ABŞ-la Azərbaycan arasında 30 illik diplomatik münasibətlər
dövründə biz transmilli təhdidlərlə mübarizədə, enerji
təhlükəsizliyinin gücləndirilməsində, ikitərəfli ticarət və
investisiyaların təşviqində güclü tərəfdaşa çevrilmişik. Azərbaycan
ABŞ-ın simasında əvvəlki kimi sadiq tərəfdaşa malikdir.

Biz ekoloji təmiz enerjiyə keçid üzrə uzunmüddətli
öhdəliklərimizi yerinə yetirmək üçün vacib investisiyalar qoyuruq
və dəyişikliklər tətbiq edirik. Enerji təhlükəsizliyi hədəflərinə
çatmaq üçün şaxələndirmə heç vaxt olmadığı qədər vacibdir.
Azərbaycan isə bu hədəflər çatmaq üzrə regional səylərdə mərkəzi
rola malikdir”, – məktubda deyilir.

C.Bayden qeyd edib ki, Azərbaycan həm də regionda və bütün
dünyada bazarların stabilləşməsi üçün trans-Xəzər əməkdaşlığının
nəhəng potensialının reallaşdırılması üçün vacib əhəmiyyət
daşıyır.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: