Hazırda Azərbaycana bu ölkələrdən daha çox turist gəlir

Karantin qaydalarının yumşaldılmasından sonra Azərbaycana gələn
turistlərin sayında artım müşahidə olunur.

Bunu Trend
turizm məsələləri üzrə ekspert Əziz Şiriyev deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycana turistlər əsasən
Pakistan, Hindistan, İsrail və ərəb ölkələrindən gəlirlər.

“Bundan sonra da Azərbaycana turist axınında artım olacağı
gözlənilir. Turistlərin gəlməsi ölkəmizə kapital axınının artması
deməkdir. Xarici ölkələrdən turist cəlb eləmək üçün işlər görülür.
Ancaq quru sərhədlərimizin bağlı olması turist axınına mənfi təsir
edir. Əksər məhdudiyyətlər aradan qaldırılsa da, quru sərhədləri
hələ də bağlıdır. Bu isə turistlərin kütləvi şəkildə gəliş-gedişinə
çətinlik yaradır. Quru sərhədlər açılsa, indikindən daha çox turist
qəbul edə bilərik”.

Ekspert bildirib ki, işğaldan azad olunan torpaqların təbii
potensialı orada turizmin müxtəlif növləri ilə məşğul olmaq imkanı
yaradır.

“Gələcəkdə azad edilən torpaqlara turların təşkil olunması
ölkəmizə turizm axınını artıracaq. Xarici ölkələrdə azad olunan
torpaqlarımıza səfər etmək istəyənlər çoxdur”, – Ə.Şiriyev
deyib.

Teqlər: