Azərbaycan Aİ-nin əsas enerji tərəfdaşlarından biridir – Peter Mixalko

Xəbər - Trend:

Azərbaycan Avropa İttifaqının (Aİ) əsas enerji tərəfdaşlarından
biridir.

AzerTimes-ın məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı səfiri
Peter Mixalko ADA Universitetində keçirilən “Avropa günü”nə həsr
olunmuş seminar zamanı deyib.

“Bu gün Azərbaycan və Aİ bir-birinə hər zamankından daha
yaxındır”, – deyə o bildirib.

Onun sözlərinə görə, Azərbaycan həm “Şərq tərəfdaşlığı”
formatında, həm də iqtisadiyyatın müxtəlif sektorlarında Aİ-nin ən
yaxın tərəfdaşlarındandır.

“Bizim Azərbaycanla əməkdaşlığımızın prioritetləri həm də
rəqəmsal texnologiyalara keçid, kənd rayonlarının inkişafı və
insanlar arasında təmasın gücləndirilməsidir”, – səfir deyib.

O qeyd edib ki, Azərbaycanla Aİ arasında yeni hərtərəfli saziş
məhsuldar əməkdaşlığı daha da möhkəmləndirəcək.

“Biz ümid edirik ki, yeni hüquqi baza inkişafın daha da
dərinləşdirilməsi üçün imkan yaradacaq”, – P.Mixalko deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: