1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə “Azərbaycan
Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan
“Azəralüminium” MMC-nin təşəbbüsü ilə xeyriyyə tədbiri
keçirilib.
“Uşaqları qoruyaq” adlı layihə çərçivəsində təşkil olunan
aksiyada Cəmiyyətin əməkdaşları Gəncə şəhəri uşaq evində olub,
məktəbli çantası və dərs ləvazimatlarından ibarət hədiyyələr ilə
uşaqları sevindiriblər. Tədbir müxtəlif əyləncəli, rəngarəng
kompozisiyalar və animatorların iştirakı ilə keçirilən bayram
şənliyi ilə davam edib.
Sosial-iqtisadi dövlət proqramlarına dəstək xarakteri daşıyan bu
qəbildən aksiyalar diqqət və qayğıya ehtiyacı olan uşaqları sevgi
və nəvazişlə əhatə etmək, onlara xoş əhval-ruhiyyə bağışlamaq kimi
xeyirxah məqsədə xidmət edir.