Azər Türk Bank beşinci rəqəmsal filialını açdı (FOTO)

Ölkə bank sistemində bir ilk olaraq rəqəmsal ofisini istifadəyə
vermiş dövlət bankı Azər Türk Bank bu günlərdə özünün sayca beşinci
olan “Rəqəmsal 5” filialını müştərilərinin ixtiyarına təqdim
etdi.

Filial metronun “20 Yanvar” stansiyası yaxınlığında, H. Zərdabi
prospekti, 3166 ünvanda yerləşir.

Azər Türk Bankın yenilənmiş müasir xidmət şəbəkəsində yer alan
bu filialda da, bankın digər rəqəmsal
ofislərində
olduğu kimi, bütün xidmət və məhsullar,
əməliyyatlar elektron formatda təklif olunur.

Qeyd edək ki, Bankın ərsəyə gətirdiyi unikal biznes ekosistemi
müştərilərin Bankın veb-saytı, mobil tətbiqi vasitəsilə
sifarişlərinin qəbulunu, onlayn qaydada sənədləşmə işlərinin
görülməsini, daha sonra atb360
mobil əlavəsində
banka gəlmədən, 24×7 ödəmə, köçürmə və başqa
əməliyyatların rahat və ən qısa müddətdə həyata keçirilməsini
mümkün edir. Bu sistem üzrə növbəti və sonuncu mərhələ, lazım
olduğu təqdirdə, müştərinin filiala müraciət etməsidir.

Bankın qurduğu ekosistem innovativ xidmət şəbəkəsi vasitəsilə
Azərbaycanda tələb oluna biləcək ən müasir sistemləri, məhsul və
xidmətləri təqdim etməyə imkan verir.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial
şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770
945, yaxud 945 nömrəli Çağrı mərkəzindən əldə edə
bilərsiniz.

Teqlər: