AZAL Naxçıvandan Gəncəyə uçuşlara başlayır

“Azərbaycan Hava Yolları” aviaşirkəti Naxçıvandan Gəncəyə və
geriyə reyslər açır.

“Azərbaycan Hava Yolları”nın mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, 6 may
tarixindən başlayaraq, Naxçıvan-Gəncə-Naxçıvan istiqamətində
uçuşlar həftədə iki dəfə – çərşənbə axşamı və cümə günləri həyata
keçiriləcək.

Baqaj (23 kq-a qədər) və əl yükü (10 kq-a qədər) daxil olmaqla
aviabiletin bir tərəfə qiyməti 60 manat təşkil edəcək.

Bu istiqamət üzrə biletlər yaxın günlərdə aviaşirkətin www.azal.az rəsmi saytında təqdim
olunacaq.

Naxçıvan-Gəncə-Naxçıvan marşrutu üzrə reyslərə aviabiletləri
həmçinin AZAL aviaşirkətinin Bakı, Naxçıvan və Sumqayıt
şəhərlərindəki satış ofislərində əldə etmək mümkündür.

Qeyd edək ki, Naxçıvandan Gəncəyə və geriyə uçuşların yerinə
yetirilməsinə başlanılması ilə əlaqədar olaraq, 6 may tarixindən
çərşənbə axşamı və cümə günləri Bakı-Naxçıvan-Bakı marşrutu üzrə
əlavə reyslər təşkil olunacaq.

Teqlər: