AZAL daha 191 həmyerlimizi Vətənə çatdırıb (FOTO)

AZAL-ın növbəti təxliyə reysi ilə Rumıniyanın Yassı beynəlxalq
hava limanından 13-ü uşaq olmaqla 191 Azərbaycan vətəndaşı Bakıya
çatdırılıb.

AzerTimes xəbər verir ki, daha
əvvəl AZAL-ın təxliyə reysləri ilə Ukraynada baş verən hadisələrlə
əlaqədar ölkəyə qayıtmaq istəyən yüzlərlə həmyerlimiz Azərbaycana
qayıdıb.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, AZAL
hər gün həmvətənlərin daşınması üçün təxliyə uçuşları həyata
keçirir. Azərbaycan vətəndaşları üçün təxliyə reysləri ödənişsiz
həyata keçirilir.

Ukraynanı tərk etmiş ölkəmizin vətəndaşları Vətənə qayıtmaq üçün
Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri ilə əlaqə
saxlaya bilərlər.

Teqlər: