Azad olunmuş ərazilərdə 11 avtomat hidroloji stansiyanın quraşdırılmasına başlanılıb

İşğaldan azad edilmiş torpaqlarda yaşıllaşdırma işləri ilə
yanaşı toxum səpin işləri də keçirilib. Mineral su
ehtiyyatlarımızın miqdarı öyrənilib. İqlim dəyişiklikləri
nəticəsində ölkəmizdə baş verən su ehtiyatlarının azalması fonunda
azad olunmuş ərazilərdəki su ehtiyatları çox önəmli əhəmiyyətə
malikdir. Hazırda çaylarda mütəmadi monitorinqlər keçiririk.

Trend xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin rəsmi feysbuk səhifəsində “Ekspert saatı”nda çıxışı
zamanı nazirliyin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov
deyib.

Şöbə müdiri bildirib ki, həmin ərazilərdəki, 10 çay üzərində 11
ədəd avtomat hidroloji stansiyanın quraşdırılmasına başlanılıb:
“İşğaldan azad olunmuş ərazilərdə artıq mühafizə olunmuş ərazilər
var. Bəsitçay dövlət təbiət qoruğunun bərpası istiqamətində işlərə
başlanılıb. Eyni zamanda ərazidəki hidrometeoroloji fəaliyyətin
növbəli şəkildə bərpa olunması planlaşdırılır. Apardığımız
monitorinqlərdə azad olunmuş ərazilərdəki su ehtiyatlarının
Ermənistan tərəfindən çirkləndiyi aşkar edilib. Bu çirklənmənin
qarşısının alınması istiqamətində də müxtəlif platformalarda,
beynəlxalq təşkilatlarla birgə çirklənmənin qarşısını almaq üçün
tədbirlər görülür. Eyni zamanda su ehtiyyatlarının bərpası və
ərazilərdə səmərəli istifadəsi üçün də plan hazırlanır”.

Teqlər: