Hərracda daha 12 nəqliyyat vasitəsi özəlləşdirilib

Dövlət əmlakı üzrə geniş seçim və rahat özəlləşdirmə imkanı
hərraclarda iştirakçı fəallığını artırır. İqtisadiyyat Nazirliyi
yanında Əmlak Məsələləri Dövlət Xidmətinin aprelin 12-də keçirilən
hərracda da alıcı aktivliyi müşahidə olunub. Hərracda 12 nəqliyyat
vasitəsi özəlləşdirilib. Dövlət əmlaklarına ümumilikdə 43 sifariş
qəbul olunub.

Dövlət Xidmətindən AzerTimes-a bildirilib ki, budəfəki hərraca
çıxarılan nəqliyyat vasitələrinin əksəriyyəti Rusiya istehsalı
avtomobillər olub. Özəlləşdirilən avtomobillərin istehsal tarixi
1986-2007-ci illəri əhatə edib.

Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə
buradan tanış olmaq mümkündür: ( https://bit.ly/3E3F0kH )

Qeyd edək ki, aprel ayı üzrə daha 4 hərrac keçiriləcək.
Hərraclara kiçik dövlət müəssisə və obyektləri, yarımçıq tikililər
və nəqliyyat vasitələri çıxarılıb. Hər kəs xidmətin rəsmi saytından
(emlak.gov.az) və ya özəlləşdirmə portalından (privatization.az)
hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron
Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini
seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac
qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı
statusu almaq mümkündür.

Teqlər: