Azad edilmiş ərazilərdə 85 mülki şəxs minaya düşüb, 30 nəfər həlak olub

Xəbər - Samir Əli – Trend:

Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə 85
nəfər mülki şəxs minaya düşüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi
polis mayoru Elşad Hacıyev AzerTimes-ın sorğusuna cavab olaraq bildirib
ki, minaya düşmüş mülki şəxslərdən 30 nəfər həyatını itirib, 55
nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

“Onların sırasında müxtəlif kateqoriyadan olan insanlar var ki,
həmin ərazilərə qanunsuz daxil olaraq mina təhlükəsinə məruz
qalıblar.


Həlak olan mülki şəxslərdən bəziləri dəfələrlə qanunsuz olaraq
həmin ərazilərə gedib və qanunvericiliyə uyğun olaraq
cəzalandırılıblar. İşğaldan azad olunan ərazilərə getmək arzusunda
olan mülki şəxslərin diqqətinə çatdırırıq ki, aidiyyəti dövlət
qurumu tərəfindən müəyyən olunan marşrutlar üzrə vətəndaşların
getməsi üçün təhlükəsiz şərait yaradılıb”,-deyə E. Hacıyev
bildirib.

Teqlər: