Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı hazırlıq işləri sabah yekunlaşacaq

Xəbər - Fərid Zöhrabov – Trend:

Bakının Xətai rayonunda “Ana fəryadı” abidəsinin yerləşdiyi
parkda Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı hazırlıq işləri
sabah tamamlanacaq.

Bunu Trend
açıqlamasında Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib.

Onun sözlərinə görə, parkda abadlıq, təmizlik işləri görülür,
yeni güllər əkilir:


“Hər il olduğu kimi bu il də Xocalı prospekti boyu binaların
fasadlarına, hasarlara Xocalı soyqırımına aid bannerlər vurulub.
Hazırda kiçik çatışmazlıqlar aradan qaldırılır. İşlər sabaha
yekunlaşacaq”, – deyə P.İmanov qeyd edib.

Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni
hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə
Xocalı şəhərinə hücum edib. Xocalı soyqırımı zamanı şəhərin 5379
nəfər əhalisi deportasiya olundu, 1275 insan əsir və girov
götürülərək işgəncələrə məruz qaldı (onlardan 150 nəfərin, o
cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487
nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı, 1000 nəfər müxtəlif
yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu, 8 ailə tamamilə
məhv edildi, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə
valideynlərdən hər ikisini itirdi, 613 nəfər, o cümlədən 63 uşaq,
70 qoca, 106 qadın işgəncə verilməklə vəhşicəsinə öldürüldü.

Teqlər: