Azad edilmiş ərazilər üçün kənd təsərrüfatının inkişafı siyasəti iqlimə uyğun ağıllı texnologiyalardan istifadəyə əsaslanacaq – Nazir

Azad edilmiş ərazilər üçün kənd təsərrüfatının inkişafı siyasəti
iqlimə uyğun ağıllı texnologiyalardan istifadəyə əsaslanacaq.

Trend-in məlumatına görə, bunu kənd təsərrüfatı
naziri İnam Kərimov FAO-nun dəstəyi ilə Kənd Təsərrüfatı Nazirliyi
tərəfindən təşkil olunmuş kənd təsərrüfatının rəqəmsallaşdırılması
üzrə beynəlxalq konfransda deyib.

“Hazırda qarşıdakı illər üçün əsas məqsəd işğaldan azad edilmiş
ərazilərin bərpası və yenidən qurulması, onların dəyər zəncirlərinə
inteqrasiyasıdır”, – nazir deyib.

Onun sözlərinə görə, Yaşıl Enerji Zonaları kimi elan edilən bu
ərazilərdə kənd təsərrüfatı əsas iqtisadi gücdür.

“Bu ərazilərin inkişafı da ağıllı şəhərlər və ağıllı kəndlər
konsepsiyasına əsaslanır” – deyə o bildirib.