AYİB ödənişlər üzərində nəzarətin gücləndirilməsi üzrə təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır – Nümayəndəlik rəhbəri

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) həyata keçirilən
ödənişlər üzərində nəzarətin gücləndirilməsi sahəsində təcrübəsini
Azərbaycanla bölüşməyə hazırdır.

Trend-in məlumatına görə, bunu AYİB-in
Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kamola Mahmudova Bakıda
keçirilən Aİ-Azərbaycan biznes forumunda deyib.

Onun sözlərinə görə, bank sektorunda islahatlar ödənişlər
üzərində nəzarətin gücləndirilməsinə yönəlməlidir.

“AYİB-in bu istiqamətdə Azərbaycanın dövlət strukturları ilə
əməkdaşlığı vacib elementdir. Biz bu işlər çərçivəsində öz
təcrübəmizi banklarla və tənzimləyici ilə bölüşməyə hazırıq”, –
deyə o bildirib.

K.Mahmudova əlavə edib ki, Azərbaycan iqtisadiyyatının artımı və
ölkənin investisiya potensialı birbaşa xarici investisiyaların
artması üçün imkanlar yaradır.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: