Aygünün qızı anasından sonra ilk dəfə danışdı – Video

Aygünün qızı anasından sonra ilk dəfə danışdı – Video

Mərhum əməkdar artist Aygün Bəylərin qızı Canan anasının vəfatından sonra ilk dəfə danışıb.

AzerTimes xəbər verir ki, o, “Xəzər axşamı”nda öz arzularını dilə gətirib:

“Avropa Azərbaycan Məktəbində oxuyuram. Uşaqlıqdan çox arzum olub. Mən də müəllim olmaq istəmişəm. Sonra fikrimi dəyişdim. Dedim ki, musiqiçi olacağam. İndi fikrimdə tutmuşam ki, böyüyəndə alınsa, rəssam olacam. Alınmasa, animasiyalarla məşğul olacam, animator olacam.

Bülbül adına Musiqi Məktəbində iki il oxumuşam. Fortepiano üzrə təhsil alırdım. İkinci sinifdə fikir verdim ki, heç ev tapşırıqlarını da həvəslə etmirəm. Dedim, ana, mən musiqini istəmirəm, niyə məni məcbur göndərirsən? Mənə sonuncu öyrətdiyi mahnı “Özün günahkarsan” olub. Nə vaxtsa onu sizin üçün ifa etmək istəyərəm”.

Daha ətraflı süjetdə:

Teqlər: