ABŞ-ın neft ehtiyatları artıb

ABŞ-ın kommersiya neft ehtiyatları həftə ərzində 8,49 milyon
barel artaraq mayın 6-na 424,21 milyon barel təşkil edib.

Trend xəbər
verir ki, bu barədə ABŞ Energetika Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, cari ehtiyat göstəriciləri son beş ildə analoji
dövrün orta səviyyəsindən təxminən 13% aşağıdır.

Londonun ICE birjasında saat 18:45 üçün Brent markalı neftin
iyul fyuçersləri 5,1% artaraq 107,64 dollar/barelə, WTI markalı
neftin qiyməti isə 5,63% artaraq 105,38 dollar/barelə çatıb.