Avtomobil qəzası Xaçmazı işıqsız qoydu – Foto

Avtomobil qəzası Xaçmazı işıqsız qoydu – Foto

Yanvarın 4-ü axşam saatlarında Xaçmaz şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

AzerTimes xəbər verir ki, H.Z.Tağıyev küçəsində “Ford” markalı yük avtomobili işıqforda idarəetməni itirərək kommunikasiya dirəklərinə çırpılıb. Nəticədə xəsarət alan olmasa da, Xaçmaz şəhərinin böyuk bir hissəsi işıqsız və internetsiz qalıb.

Hazırda qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq qurumlar tərəfindən iş aparılır.

Faktla bağlı araşdırmaya başlanılıb.

Teqlər: