ABŞ BMT-nin Konvensiyasına zidd qərar qəbul etdi

ABŞ BMT-nin Konvensiyasına zidd qərar qəbul etdi

ABŞ ilk dəfə olaraq edam cəzasını azot qazından istifadə etməklə həyata keçirməyi planlaşdırır.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb.

Məlumata görə, azot qazı ilə edam ediləcək ilk məhbus 58 yaşlı Kennet Smit olacaq:

“O, 1988-ci ildə sifarişli adam öldürməkdə təqsirli bilinib. Edamın 2024-cü il yanvarın 25-də həyata keçirilməsi planlaşdırılır. Məhkumun üzünə qaz balonuna qoşulmuş maska taxılacaq”.

Qeyd edək ki, BMT ekspertləri ABŞ hakimiyyətini azot qazından istifadə etməməyə çağırır, çünki bu edam üsulu məhbusu qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və hətta işgəncəyə məruz qoya bilər.

BMT-nin dörd xüsusi məruzəçisi bəyanatında bu növ edamın işgəncə və digər qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və ya cəzaya qarşı beynəlxalq Konvensiyaya zidd olduğunu bildirib.

Teqlər: