Ukraynada hərbi əməliyyatların dayandırılması üçün Rusiya və
Ukrayna nümayəndələri arasında İstanbulda aparılan danışıqlar
prosesi dəstəklənməlidir.
Trend xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ilə
danışıqlarının yekunları üzrə Avstriya Kansleri Karl Nehammer
deyib.
“Rusiya Prezidentinin İstanbuldakı danışıqlara hələ də inamının
olduğunu başa düşmək vacib idi. Hesab edirəm ki, bu prosesi davam
etdirmək lazımdır”, – deyə Kansler bildirib.
K.Nehammerin sözlərinə görə, Türkiyədəki danışıqlar hazırda
Rusiya və Ukrayna tərəflərinin birbaşa dialoq apardığı yeganə
formatdır.