Avropaya qaz tədarükü rekord səviyyəyə çatıb

Yanvarda maye qaz terminallarından Avropaya qazın tədarükü 2011-ci ildən bu ay üçün rekord səviyyəyə çatıb.

Trend xəbər verir ki, bu Gas Infrastructure Europe Avropa Qaz Operatorları Assosiasiyasının məlumatında öz əksini tapıb.

Avropanın qaz nəqli sisteminə 405 mln. kubmetr maye qaz daxil olub. Bu göstərici son beş ilin orta rəqəmlərindən 2,2 dəfə çoxdur.


Bu ilin ilk ayında Avropa 10,44 milyard kubmetr qaz alıb ki, bu da 2019-cu ilin yanvar ayı rekordunu üstələyib. Ehtimala görə, yanvarın 30-da 2019-cu ilin noyabrında müəyyən edilmiş aylıq tədarüklərin mütləq rekordu da yenilənəcək.

Teqlər: