Avropada qaz anbarlarının doluluğu ən aşağı səviyyəyə düşüb

Xəbər - Orxan Nəbiyev – Trend:

Yanvarın 27-də Avropanın yeraltı qaz anbarlarında doluluq 40 faizdən aşağı düşüb. Bu, müşahidələrin aparıldığı 2011-ci ildən bu günədək ilin əvvəlində qeydə alınmış ən aşağı göstəricidir.

Trend-in məlumatına görə, bu barədə “Gas Infrastructure Europe” təşkilatı bildirib.

Qeyd olunur ki, Avropanın yeraltı qaz anbarlarında 42,8 milyard kubmetr qaz ehtiyatının olduğu deyilir. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,9 milyard kubmetr azdır.


Ən az doluluq Avstriya (23,26 faiz), Niderland (27,49 faiz) və Bolqarıstan (32,92 faiz) qaz anbarlarında qeydə alınıb.

Eyni zamanda Almaniyada qaz anbarları 38 faiz, İtaliyada 50,9 faiz, Böyük Britaniyada 67,2 faiz dolub.

Teqlər: