2022-ci ilin birinci rübündə Avropa ölkələrində ən populyar
smartfon markalrının siyahısına Samsung, Apple və Xiaomi başçılıq
edib.
Trend xarici
KİV-ə istinadla xəbər verir ki, bu barədə “Canalys” analitik
şirkətin məlumatında bildirilir.
Qeyd olunur ki, adıçəkilən markaların payına bazarın 76%-i
düşüb.
Belə ki, “Samsung” hesabat dövründə 14,6 milyon smartfon satıb.
İkinci yerdə 8,9 milyon cihaz satan “Apple” gəlir, ən populyar
markalar arasında 3-cü yeri tutan “Xiaomi” 8,2 milyon smartfon
satıb.
2022-ci ilin ilk kvartalında avropada 41,7 milyon smartfon
satılıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 4,7 milyon
cihaz azdır.