Türkiyə Finlandiya və İsveçin NATO-ya daxil olmalarından əvvəl yazılı zəmanət istəyir – Çavuşoğlu

Türkiyə Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı
üçtərəfli məsləhətləşmələrə hazırlaşır və əldə olunmuş
razılaşmaların yazılı şəkildə təsbit olunmasının tərəfdarıdır.

Trend türk
KİV-lərinə istinadla xəbər verir ki, bunu Türkiyə xarici işlər
naziri Mövlud Çavuşoğlu Fələstinə səfəri zamanı söyləyib.

Onun sözlərinə görə, bu razılaşmalar, xüsusən də terror
təşkilatlarına dəstək verilməməsi və müdafiə təchizatına qoyulan
embarqonun ləğvi ilə bağlıdır.

“Finlandiya və İsveç konkret addımlar ata biləcəklərini
bildiriblər. Biz yazılı razılaşma istəyirik”, – nazir
vurğulayıb.

M. Çavuşoğlu əlavə edib ki, mayın 25-də Ankarada keçiriləcək
üçtərəfli görüşdə Türkiyənin tələblərinə, xüsusilə terror
təşkilatlarına dəstəyin dayandırılması, müdafiə təchizatına qoyulan
embarqonun aradan qaldırılması məsələlərinə baxılacaq.

“Ankaradakı üçtərəfli görüşdən sonra bu formatda görüşməyi
təklif edən NATO-nun baş katibinin iştirakı ilə dördtərəfli görüş
də keçirilə bilər”, – türkiyəli nazir bəyan edib.

Teqlər: