Avropada artıq təhlükəsizlik və sabitlik normaları yoxdur.
Trend “Financial Times”-a istinadən xəbər verir ki, bunu Fransa
Xarici İşlər Naziri Jan-İv Le Drian bildirib.
Onun sözlərinə görə, buna səbəb silahlanmaya nəzarət üzrə
müqavilənin köhnəldiyi və ya əhəmiyyətini itirdiyidir.
“Rusiya sabitlik və təminat tələb etdiyi halda, biz də sabitlik
və təminat tələb edirik. Avropada bunu müzakirə etməyə hazırıq”, –
deyə nazir bildirib.
Xatırladaq ki, ötən ilin sonunda Rusiya Xarici İşlər Nazirliyi
ABŞ-la müqavilələr və NATO ilə təhlükəsizlik təminatlarına dair
saziş layihələrini dərc edib. Xüsusilə, Moskva Qərb
tərəfdaşlarından NATO-nun daha şərqə doğru genişlənməyəcəyinə,
Ukraynanın blokuna qoşulmayacağına və postsovet ölkələrində hərbi
bazaların yaradılmayacağına hüquqi təminat tələb edib.